Gerhard Şröder: “Rusiya və Türkiyəni Çinin qucağına buraxmaq olmaz”
Fevral 23
14:44
2018
Almaniyanın keçmiş kansleri Gerhard Şröder Münhendə keçirilən "Best Brands 2018” adlı iqtisadi tədbirdə çıxışı zamanı mənsub olduğu Sosial-demokrat partiyasını kansler Merkelin rəhbərlyi altında qurulacaq böyük koalisiyaya dəstək verməyə çağırıb.
Bundan başqa, Şröder Fransa ilə münasibətlərin möhkəmləndirilməsi və Rusiya ilə yaxınlaşmanın vacibliyini vurğulayıb.
Almaniya hökumətinin keçmiş başçısının sözlərinə görə, Avropaya güclü Almaniya lazımdır. "Ona görə də mən bir sosial-demokrat kimi "böyük koalisiyaya” indidən "hə” deyirəm”, - keçmiş kansler deyib.
Şröder ölkəsinin Avropanın problemlərini həll etməkdə yalqız qalmamalı olduğunu düşünür: "Almaniya Avropada siyasi rəhbərliyi təkbaşına ələ ala bilməz. Bunun üçün ona Fransa laızmdır”.
Keçmiş kansler "Breksit”dən hələ yanıqlıdır. "Devid Kemeron (Böyük Britaniyanın keçmiş baş naziri-red.) Avropa inteqrasiyasına ağır zərbə endirdi”, - deyə bildirən Şröder britaniyalılara Birlikdən çıxmaqla bağlı ediləcək güzəştlərin əleyhninə olduğunu qeyd edib. Şröderin fikrincə, bu avroskeptiklərin əlinə növbəti arqument bəxş etməkdən və Birlikdən çıxma meyllərini gücləndirməkdən başqa bir işə yaramayacaq.
Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçerin "We want our money back/ biz pullarımız geri qaytarmaq istəyirik” sözlərini sitat olaraq gətirən Şröder Avropa inteqrasiyasına tərəfdar olmayan Avropa dövlətinə pul verilməsinə də qarşı çıxıb.
Almaniyanın keçmiş lideri bu gün Avropa ilə mürəkkəb dövr yaşayan Rusiya və Türkiyə məsələsinə də toxunub. O gələcəkdə Rusiya ilə yaxınlaşmanın daha faydalı olacağını düşündüyünü söyləyib.
"Bir tərəfdən Trampın bütün hoqqabazlıqlarına rəğmən dünyanın ən güclü dövləti olaraq qalan ABŞ, digər tərəfdən isə öz mövqelərini gündən günə gücləndirən Çin.... Onların arasında isə Avropa durur”, -deyə söyləyən Şröder "qoca qitə”nin hətta ən böyük dövlətlərinin belə qlobal miqyasda cırtdan qaldığını vurğulayıb.
"Əgər Avropa qloballaşan iqtisadiyyat şərtlərində ayaqda qalmaq istəyirsə bir sıra doğru qərarları qəbul etməlidir”, - alman siyasətçi qeyd edib.
Şröderin fikrincə, bunun üçün Avropa nə Rusiyanı, nə də Türkiyəni özündən kənarlaşdırmalıdır.
"Şübhəsiz ki, onların hər ikisi mürəkkəb və qəliz dövlətlərdir. Lakin onlarsız heç bir sabirlik əldə etmək olmaz. Heç bir halda Rusiya və Türkiyənin öz baxışlarını Çinə tərəf çevriməsinə imkan verməməliyik”, - keçmiş kansler bəyan edib.