SON XƏBƏR

"Gilan" Holdinq cərimələndi

Mart 16
15:34 2021
Dövlət Yol Polisi (DYP) "Kafur-Pas" MMC barəsində inzibati qaydada protokol tərtib edib.

Unikal.org-un məlumatına görə, tərtib edilən protokol baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib. İş hakim Aygün Qurbanovanın sədrliyi ilə baxılacaq.

Belə ki, sözügedən şirkət İnzibati Xətalar məcəlləsinin 347-ci (hüquqi şəxsin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə təqsirli bilinir.

Bu xətanın törədilməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Qeyd edək ki, "Kafur-Pas" MMC "Gilan" Holdinqin təsisçiliyi ilə yaradılıb.
 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook