SON XƏBƏR

"Gilan Holdinq"ə daxil olan "Qafqaz Sahil Hotel” bağlandı

Oktyabr 22
00:01 2018
Lənkəranda yerləşən "Qafqaz Sahil Hotel”in bu gün rəsmən bağlandığı açıqlanıb. 

Bu barədə Arqument.Az-a hotelin əməkdaşları məlumat veriblər. 

Onlar bildiriblər ki, "Gilan Holdinq"ə daxil olan "Qafqaz Sahil Hotel” sabahdan rəsmən fəaliyyət göstərməyəcək.

2008-ci ildən fəaliyyət göstərən və həmin il ölkə başçısı İlham Əliyev tərəfindən rəsmi açılışı edilən otelin 42 işçisi olub. 

"Ayın 8-də bildirişə qol çəkdik. Dedilər ki, 15 gün sonra hotel rəsmən bağlanır. Sabah son gündür. 42 professional personal işsiz qaldı. 10 il idi ki, burada çalışırdıq. 8 oktyabr 2008-ci ildə açılışı olmuşdu, 22 oktyabr 2018-ci ildə də bağlandı. Heç kəsə də kompensasiya verilməyib hələ ki. Amma deyiblər ki, verəcəyik", - onlar bildiriblər. 

Hoteldən bağlanmaqla bağlı məlumatı Arqument.Az-a təsdiqləyiblər. Bildiriblər ki, hamı işdən azad olunub və sabahdan qonaq qəbul olunmayacaq. 

"Gilan Holdinq"ə daxil olan "Qafqaz Sahil Hotel” 2008-ci ildən fəaliyyət göstərirdi. 

Hotelin Fövqəlada hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu iddia olunurdu. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook