SON XƏBƏR

Gimnastımız Mariya Smirnova dünya kuboku yarışlarının finalına yüksəlib

Fevral 20
12:16 2016
Qadınların dayaqla tullanma yarışlarında gimnastımız Mariya Smirnova dünya kuboku yarışlarının finalına yüksəlib.
 
Atletimiz 13.150 xalla səkkizinci olub. Özbəkistanlı Oskana Çusovitina, Sloveniya gimnastı Tjasa Kisselef və braziliyalı Daniele Matias ilk üçlükdə yer alıblar. Dünya kubokunda kişilərin sərbəst hərəkətlər yarışında millimizin üzvü Petro Paxnyuk 14.950 xalla 20 idmançı arasında ikinci olub və finala yüksəlib.
 
Bu növdə israilli Artyom Dolqopyat birinci pillədə qərarlaşıb.
 
Digər idmançımız "Bakı-2015" ilk Avropa Oyunlarının beş medalını qazanan Oleq Stepko isə 13-cü olub və finala yüksələ bilməyib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook