SON XƏBƏR

Gömrük əməkdaşı sərxoş halda maşın idarə edərkən saxlanılıb

Fevral 03
06:01 2022
Dövlət Görmük Komitəsinin gənc əməkdaşı, salyanlı iş adamı Oqtay Abuzərlinin oğlu Xalid Abuzərli Yol Polisi əməkdaşları tərəfindən içkili vəziyyətdə saxlanılıb. 

Bu barədə "Demokrat.az" məlumat yayıb.

Bildirilir ki, Xalid Abuzərli Yasamal ərazisində içkili halda saxlanılıb və 400 manat məbləğində cərimələnib.

Məlumata görə, Xalid Abuzərli 99-LJ-900 dövlət nömrə nişanlı son model "Toyota Camry” avtomobili ilə dəfələrlə yol hərəkəti qaydalarını kobud şəkildə pozub. 

Demokrat.az Xalid Abuzərlinin təm-təraqlı həyat tərzi ilə bağlı materiallar da yayıb.

Sayt Xalid Abuzərlinin özünün sosial şəbəkələrdə paylaşdığı bahalı maşınlar (hamısı eyni nömrə ilə) və eyş-işrət dolu həyat tərzi ilə bağlı yanvarın 17-də Dövlət Gömrük Komitəsinə sorğu da göndərib. Lakin Gömrük Komitəsi 2 həftə ərzində susmağa üstünlük verib. 

Komitənin mətbuat katibi Natiq Axundov isə suallara cavab verməkdən yayınıb. 
 

 

 

 

 

 

 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook