SON XƏBƏR

Gömrük Komitəsi elektron sifarişləri karqolarda yubadıb əlavə haqq alır?

Noyabr 02
13:33 2019
Dövlət Gömrük Komitəsi İnternet vasitəsilə xaricdən alınan malların sifarişçilərə verilməsinə əngəl yaradır.
 
Qlobal.az xəbər verir ki, bu barədə sabiq millət vəkili, Azərbaycan İqtisadçılar Klubunun prezidenti Nazim Bəydəmirli feysbuk səhifəsində məlumat yayıb. 
 
Nazim Bəydəmirlinin sözlərinə görə terminallarda sifariş olunan malların sahiblərinə verilməsi qəsdən yubadılır: "Vətəndaş elektron ticarətə üstünlük verir, pulunu ödəyib xaricdən öz avtomobilinə ehtiyyat hissəsi alır, ancaq gətirmirlər, saxlayırlar karqoda".
 
Sabiq deputat daha sonra yazıb: "Vətəndaş özü gedib Bakı hava limanının Karqo terminalına. Gömrük bəhanə ilə saxlayıb (2 bağlamanı hərəsi 1 kq, adamın pasportunu, e-mail və s. hamısını yoxladıqdan sonar 40 manata yaxın saxlama haqqı alıblar). Deyir ki, ayın 1-dən saxlama haqlarını artırıblar deyə, ünvanıma gəlməli olan bağlamanı saxlayırlar ki, mən monopoliyanı aşa bilməyim. Bitsin bu monopoliya, bitsin inzibati resurslarla idarəetmə, dövlət bazar iştirakçılarının hamısına eyni məsafədə dursun, ədalətli olsun. O zaman hökumətdən narazılıq olmaz, qiymətlər də optimallaşar!".
 
Qeyd edək ki, Vergi Məcəlləsinin 169.1-ci və 169.3-cü maddələrinə edilən yeni dəyişikliklərə görə ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident tərəfindən Azərbaycan Respublikasının ərazisində elektron ticarət qaydasında işlərin görülməsi və xidmətlərin göstərilməsi vergiyə cəlb olunur və vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir. Bu halda ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir. Yəni, bir qayda olaraq, elektron ticarət qaydasında xaricdən qeyri-rezidentlərdən alınan mallar deyil, yalnız onlar tərəfindən görülən işlər və göstərilən xidmətlər ƏDV-yə cəlb edilir. Xaricdən elektron qaydada alınmış mallara görə isə ƏDV ödənilmir. 
 
Qlobal.az məsələyə münasibət öyrənmək üçün Bakı Karqo Terminalı Hava Limanı ilə əlaqə saxlayıb.
 
İdarədən bu gün iş günü olmadığı üçün birinci gün əlaqə saxlmağımızı istədilər. 
 
Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook