Gömrük Komitəsi sahibkarların narazılığına münasibət bildirib
May 11
14:35
2019
Dövlət Gömrük Komitəsi (DGK) Çindən gətirilən malların qiymətinin artması ilə bağlı məlumatlara münasibət bildirib.
Komitənin mayın 11-də yaydığı açıqlamada yazılıb ki, bir sıra kütləvi informasiya vasitələrində yayılan məlumatlarda ölkə ərazisinə Çindən idxal edilən bəzi malların qiymətlərinin gömrük orqanları tərəfindən artırıldığı, dolayısı ilə "Binə" və "Sədərək" ticarət mərkəzlərindəki sahibkarlara problemlər yaradıldığı iddia edilir.
" Media qurumlarına açıqlama verən sahibkarlar daşıma qiymətlərinin artırıldığını, "karqo" adlandırdıqları şirkətlərə bununla bağlı ünvanladıqları müraciətlərinə isə artımın gömrük orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində baş verdiyinə dair cavab aldıqlarını bildirirlər. Dövlət Gömrük Komitəsi bildirir ki, sahibkarlar ölkə ərazisinə idxal etdikləri malın daşınması prosesində istənilən daşıyıcı şirkətlə, biznes fəaliyyətlərinə uyğun qiymətlərlə razılaşa bilərlər. Eyni zamanda bildiririk ki, malların idxalı üzrə gömrük rüsumları gömrük tarifinə əsaslanır”
DGK qeyd edir ki, malların idxalı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər də bu malların tarif təsnifatına uyğun tətbiq olunur: "Təsnifatda gömrük rüsumları "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq advalor, spesifik və kombinə gömrük rüsum dərəcələrinin növlərinə bölünür”
Kamitə qeyd edir ki, gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən, spesifik, advalor rüsum dərəcələrinin növlərində, müvafiq olaraq, Azərbaycanın xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür: " Bu baxımdan gömrük ödənişlərinin kub metrə uyğun hesablanması ilə bağlı söylənilən fikirlər mövcud qanunvericiliyə görə əsassızdır.Son zamanlar gömrük orqanlarında həyata keçirilən islahatlar hesabına şəffaflığın təmin olunması, maliyyə nəzarətinin gücləndirilməsi istiqamətində atılan addımlar idxal-ixrac əməliyyatları zamanı gömrük ödənişlərindən yayınmağa çalışan bəzi sahibkarları qane etməyə bilər”
Qurum vurğulayır ki, gömrük orqanlarının fəaliyyətində şəffaflığın və vətəndaş məmnuniyyətinin təmin edilməsi hər zaman rəhbər tutulacaq:
"Qanuni fəaliyyət göstərən sahibkarlara münbit şərait yaradılmaqla yanaşı, qanunlara məhəl qoymayanlara qarşı da qətiyyətli tədbirlər görüləcək”
Xatırlatma
Son günlər "Binə” və "Sədərək” ticarət mərkəzlərində çalışan sahibkarlar ayrı-ayrı media orqanlarına narazılıqlarını bildiriblər.
Onlar deyiblər ki, daşımaçılıqda xidmət haqqı artıb, eyni məhsula ayrı-ayrı qiymətlər qoyulub.
Onların sözlərinə görə, Çin karqo şirkətinin rəhbəri artımın səbəbi kimi Azərbaycan Dövlət Gömrük Komitəsinin tətbiq etdiyi rüsumları göstərir.
İqtisadçı Natiq Cəfərli isə deyib ki, baş verənlər Azərbaycanda gömrük fəlsəfəsinin doğru-düzgün yerinə yetirilməməsilə əlaqədardır.
N.Cəfərliyə görə, əgər Çindən gətirilən məhsullar Azərbaycanda istehsal olunmursa, daha liberal gömrük siyasəti aparılmalıdır ki, həmin məhsulların qiyməti artaraq insanların cibinə zərbə vurmasın.///azadliq.org