Gömrük Komitəsində 700 milyon manat kəsir aşkarlandı: Yoxlama başladı…
Fevral 15
13:56
2021
Hüquq mühafizə orqanları Vergilər Nazirliyi ilə birgə DGK-da yoxlamalar aparıb.
Qlobal.az xəbər verir ki, Ovqat.com-un əldə etdiyi məlumata görə, yoxlamanın nəticələri hakimiyyətin yüksək pillələrində oturanları belə şoka salıb.
Məlumata görə, aparılan yoxlamalar zamanı 700 milyon manatdan çox kəsir aşkarlanıb. Özgə vaxt "mənim fəaliyyətimdə korrupsiya faktı tapın, istefa verim” deyən DGK-nin sədri general Səfər Mehdiyev kəsirin hansı səbəbdən yarandığına aydınlıq gətirə bilməyib.