SON XƏBƏR

Gömrükçülər 350 kapsul “Tramadol” aşkar ediblər

Sentyabr 14
11:58 2016
Xaçmaz Gömrük İdarəsinin "Samur” gömrük postunda Azərbaycandan Rusiya Federasiyasına gedən Azərbaycan vətəndaşının əl yükünə gömrük baxışı keçirilib.
 
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Strategiya.az-a verilən məlumata görə, baxış zamanı həmin yükün içərisindəki polietilen paketdə, əvvəlcədən gömrük orqanlarına bəyan edilməmiş vəziyyətdə - 350 kapsul "Tramadol” 200 mq və 30 həb "Tramadol” 150 mq adlı dərman preparatları aşkar edilərək götürülüb.
 
Məlumat üçün bildiririk ki, "Tramadol” adlı dərman preparatı Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin Siyahısı”na daxildir.
 
Faktla bağlı araşdırma aparılır.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook