Gömrükdə müəmma
Oktyabr 14
22:40
2016
İdxal azalsa da, büdcəyə daxilolmalar artıb
Həmçinin, ƏDV üzrə daxilolmaların həcmi 87 milyon 749,62 min manat yaxud 2,21 dəfə artaraq 160 milyon 300 min manat, aksizlər 1 milyon 142,86 min manat yaxud 16,78 faiz artaraq 7 milyon 952,4 min manat, yol vergisi üzrə daxilolmalar isə 776,46 min manat və ya 47,08 faiz artaraq 2 milyon 425,7 min manat təşkil edib.
Bu ilin sentyabr ayında Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 227 milyon 649,9 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 127 milyon 350,87 min manat yaxud 2,27 dəfə çoxdur.
"Report” komitəyə istinadən məlumat verir ki, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoci dövrü ilə müqayisədə 37 milyon 681,98 min manat yaxud 2,95 dəfə artaraq 56 milyon 971,8 min manat olub.
Həmçinin, ƏDV üzrə daxilolmaların həcmi 87 milyon 749,62 min manat yaxud 2,21 dəfə artaraq 160 milyon 300 min manat, aksizlər 1 milyon 142,86 min manat yaxud 16,78 faiz artaraq 7 milyon 952,4 min manat, yol vergisi üzrə daxilolmalar isə 776,46 min manat və ya 47,08 faiz artaraq 2 milyon 425,7 min manat təşkil edib.
Ekspertlər DGK-nın bu məlumatının təəccüb doğurduğunu bildirirlər: "Bir müddət əvvəl açıqlama verildi ki, ötən illə müqayisədə bu il idxal 30 faiz azalıb.
Məntiqlə Dövlət Gömrük Komitəsindən büdcəyə daxil olan vergi və rüsumlar da azalmalı idi. Amma göründüyü kimi komitə vergi və rüsumların ötən illə müqayisədə artdığını bəyan edir. Özü də 127 milyon 350,87 min manat. İdxal azalıbsa, bu artım necə baş verib?”
Ekspertlərin sözlərinə görə, bu məlumat gömrükdəki korrupsiyanın bariz nümunəsidir: "Güman ki, artım "qara kassa”nın hesabına baş verib. Yəni, əvvəllər
idxal məhsullarının həcmi sənədlərdə az göstərilirdi. Görünür, böhrana görə bir qədər "islahat” aparıblar”.
Qlobal.az