SON XƏBƏR

Güləşçimiz ermənini peşman etdi

Mart 11
09:25 2016
Latviyanın paytaxtı Riqada keçirilən güləş üzrə Avropa çempionatında millimiz daha bir medal qatıb.
 
Qaynar.info xəbər verir ki, Hacı Əliyev bürünc medallar uğrunda mübarizədə Ermənistan idmançısı Volodya Franqulyanla qarşılaşıb.
 
61 kq çəki dərəcəsində baş tutan bu görüşdə Hacı rəqibini güləş döşəyinə çıxmağa peşman edib - 7:0. Xatırladaq ki, bu idmançılar Avropa Oyunları zamanı da qarşılaşmış və o görüşdə də azərbaycanlı güləşçi qələbə qazanmışdı.
 
Qeyd edək ki, yığmamızın üzvləri ilk 2 yarış günündə 1 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olub. Mariya Stadnik (48 kq) qızıl, Aleksandr Qostiyev (86 kq) gümüş və Yuliya Ratkeviç (60 kq) bürünc medal qazanıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook