SON XƏBƏR

Güləşçimiz olimpiadada qazandığı medaldan məhrum edilib

Noyabr 17
22:49 2016
Azərbaycan yunan-Roma güləşçisi Vitali Rəhimov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medaldan məhrum edilib. 

"Report"un məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsi (İOC) qərar verib.
 
Səbəb kimi 60 kq çəki dərəcəsində çıxış etmiş Rəhimovun dopinq-testinin təkrar analizinin müsbət nəticə verməsi göstərilib. Onun orqanizmindən istifadəsi qadağan olunmuş dehidroxlormetiltestosteron (Turinabol) preparatı tapılıb.

İOC-un qərarına əsasən, artıq karyerasını başa vurmuş güləşçi gümüş medal və diplomunu geri qaytarmalıdır. Dünya Güləş Birliyi isə medalı kimə verəcəyini özü müəyyənləşdirməlidir. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook