Güllələnən icra başçısının qızına da Şuşada ev verildi
May 11
11:16
2024
Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər.
Dövlətimizin başçısı və birinci xanım mənzillərin açarlarını sakinlərə təqdim ediblər.
Qlobal.az modern.az-a istinadən xəbər verir ki, mənzillə təmin olunanlardan biri də Şuşanın 1991-ci ildə güllələnmiş icra başçısı Mikayıl Gözəlovun qızı Səbinə Gözəlova olub.
Səbinə Gözəlova Şuşa şəhər 1 nömrəli məktəbin direktorudur. O, bu vəzifəyə ötən il təyin olunub.
O, görüş zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya təşəkkür edib.