Gülnarənin oğlu Britaniyadan siyasi sığınacaq istəyir
Yanvar 30
16:34
2018
Özbəkistanın sabiq prezidenti İslam Kərimovun nəvəsi Böyük Britaniyadan siyasi sığınacaq istəyir.
Qaynarinfo xəbər verir ki, mərhum prezidentin qızı Gülnarə Kərimovanın atasının ad-soyadını daşıyan oğlu bu barədə özü məlmuat verib.
BBC-yə danışan nəvə İslam Kərimov tezliklə siyasi sığınacaq istəyəcəyini bildirib:
"Anamla bağlı böyük hadisələr baş verib. Bunlar tam gizli saxlanılır. Mənə çatan məlumatlara görə, bu yaxınlarda bununla bağlı ictimaiyyətə açıqlama veriləcək. Hüquqi prosedurlar və sənədlər hazır olan kimi siyasi sığınacaq almaq üçün müraciət edəcəm".
Qeyd edək ki, İslam Kərimovun böyük qızı Gülnarə Kərimova bir sıra cinayətlərdə ittiham olunaraq həbs edilib.