"Günay Bank" Operativ Qərargahın qərarına əməl etmədi
May 16
04:48
2020
"Günay Bank" Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əməl etmir.
Belə ki, Daxili İşlər Nazirliyi (DİN) və Operativ Qərargahın verdiyi qərara əsasən, xüsusi karantin rejimində etibarlılıq müddəti bitmiş sənədlərin etibarlılıq müddəti karantin bitənədək qüvvədə qalır, lakin "Günay Bank" müştərilərə vəsiqənin müddəti bitib deyə ödəniş etmir.
Bu barədə Bakı sakini, ictimai fəal Elgün Şahverdiyev Arqument.az-a məlumat verib.
"Mayın 5-də "Günay Bank"dan 190 manatı almaq üçün tətbiq olunan kart sisteminə uyğun birdəfəlik ödəmə kartını almağa getdim. Bank işçisinə yaxınlaşdım, şəxsiyyət vəsiqəmi təqdim etdim, amma o bildirdi ki, vəsiqənin etibarlılıq müddəti bitib, sizə kartı verə bilmərik. Yaxınlaşın digər əməkdaşımıza əlavə məlumatı ondan alın. O əməkdaş da mənə eyni cavabı verdi. Bildirdim ki, DİN və Operativ Qərargahın verdiyi qərara əsasən, xüsusi karantin rejimində etibarlılıq müddəti bitmiş sənədlərin etibarlılıq müddəti karantin bitənədək qüvvədə qalır. Karantin rejiminin müddəti isə 31 mayadək uzadılıb. Demək, mənim şəxsiyyət vəsiqəmin etibarlılıq müddəti 31 maya qədər qüvvədədir. Amma dinləmədilər", - deyə Elgün Şahverdiyev qərarı bank işçilərinin diqqətinə çatdırdığını bildirib.
Bundan sonra da vətəndaş Operativ Qərargahın çağrı mərkəzinə və Mərkəzi Bankın "Qaynar xəttin"ə zəng edib: "Məni Mərkəzi Bankın 012-493-12-52 nömrəsinə yönləndirdilər. O nömrəyə də zəng vurdum, məsələni izah etdim, onlar da mənə məlumat verə bilməyəcəklərini bildirərək Hüquq departamentinə yönləndirdilər. Hüquq departamentinə də eyni şeyi izah etdim, ordan da mənə heç bir məlumat verə bilməyəcəklərini deyib eyni nömrəyə zəng vuraraq operatordan məni İstehlakçılarla iş departamenti ilə əlaqələndirmələrini xahiş etdilər. Mən də yenidən həmin nömrəyə zəng etdim və yarım saat robotun səsini və musiqi dinləyə-dinləyə saatın 18:00 olduğunu gördüm. Artıq bankların iş saatı bitmişdi".
Elgün Şahverdiyev bundan sonra şəxsiyyət vəsiqəsini dəyişmək məcburiyyətində qalıb: "Məcbur qalıb şəxsiyyət vəsiqəmi dəyişməyə getdim. 10 gün sonra vəsiqə veriləcək, ondan sonra da gedib 190 manat yardımı alacağam. Əgər başqa bir problem yaratmasalar".

"Günay Bank" problemlə bağlı arqument.az-ın sorğusunu cavablandırmayıb.
Qlobal.az