“GünayBank”dan milyonların oğurlanmasının yeni təfərrüatları
İyun 27
22:25
2018
"GünayBank”ın İdarə Heyətinin sədr müavini Emin Zeynalov tərəfindən 100 milyon manata yaxın vəsaitin oğurlanmasının yeni təfərrüatları və bu işdə əli olan digər şəxslərin adları məlum olub. Virtualaz.org-a bank sahəsində məlumatlı mənbənin verdiyi informasiyaya görə, Emin Zeynalov tək olmayıb – bu iri fırıldaqda ona atası Zakir Zeynalov da fəal şəkildə kömək edib.
Mənbə iddia edir ki, Zakir Zeynalov 15 sutka ərzində oğlunu istintaqdan gizlədib və onu hüquq-mühafizə orqanlarına yalnız bu oğurluq hadisəsinin haqqin.az və virtualaz.org-da ictimailəşdirilməsindən sonra doğurduğu geniş rezonansdan sonra təhvil verib.
"Bir müddət öncə ölkənin ən iri banklarından birində məsul vəzifəsini itirdikdən sonra Zakir Zeynalov əvvəlki mövqeyini geri qaytarmaq üçün heç nədən çəkinməyib. O, hətta müxtəlif müəlliflərə məxsus kitabları Azərbaycan dilinə tərcümə edərək, öz əsərləri kimi qələmə verib.
Eyni zamanda, o, hamını özünün maliyyə vəziyyətinin yaxşı olmasına inandırmağa çalışıb, halbuki, əslində indiyə kimi "GünayBank”da dələduz piramidaya başçılıq edir”, - mənbə qeyd edir.
Onun sözlərinə görə, Zakir Zeynalov "GünayBank” rəhbərliyi ilə işbirliyinə gedərək, aldadılmış əmanətçilərin vəsaitlərinin mənimsənilməsi üzrə planını həyata keçirir.
"Zakir Zeynalov bildirir ki, banka olan bütün borclarını qaytarıb. Bununla birlikdə, oğlunun oğurluq pullara aldığı bütün daşınmaz əmlakı bankın aktivlərinə əlavə edir və aldadılmış əmanətçilərə deyir ki. pullarını bankdan tələb etsinlər. Zakir Zeynalov gözəl başa düşür ki, heç kim onun oğlunun oğurladığı pulları bankın adını qeydiyyata keçirilmiş daşınmaz əmlakla qaytara bilməyəcək”.
Başqa sözlə, uzun illər ölkənin ən iri banklarından birinə rəhbərlik etmiş və ən müxtəlif maliyyə fırıldaqlarında "püxtələşmiş” Zeynalov çoxmilyonluq varidatını heç kimlə bölüşdürmək istəmir. Bütün aktivlərini bankın adına keçirməklə, Zakir Zeynalov natəmiz oyun aparır və bu oyunda qaydaları özü müəyyənləşdirir. Oğlu Emin isə vur-tut atasının planının icraçısıdır”, mənbə bildirir.
Güman etmək gülünc olardı ki, "qızıl gəncliy”in nümayəndəsi olan 30 yaşlı, maliyyə dünyasının incəliklərindən o qədər də baş çıxarmayan oğlan təkbaşına bu cür hiyləgər fırıldağı həyata keçirə bilsin. Şübhə yoxdur ki, vaxtı gələndə ata və oğul Zeynalovlar hazırda bankın adına qeydiyyatdan keçirilmiş daşınmaz əmlakı qaytaracaqlar və ailə kapitalını daha da artıracaqlar.
"GünayBank” ASC 1992-ci ildən Azərbaycanda fəaliyyət göstərir. 2015-ci ilin maliyyə böhranına baxmayaraq, bank ayaqda qalmağı bacarıb və ötən ili zərərsiz başa vura bilmiş azsaylı banklardan biridir.
Bankın əsas səhmdarları Mahmud Məmmədov və onun həyat yoldaşı Yeganə Şirinovadır. Onlar bankın səhmlərinin 89,76%-nə sahibdirlər, Mahmud Məmmədov isə bankın Müşahidə Şurasının sədridir. 2017-ci ilin məlumatlarına əsasən, bankın aktivlərinin ümumi həcmi 186 milyon manata bərabərdir. Beləliklə, Emin Zeynalov bankı faktiki olaraq tamamilə soyub. Yaxın günlərdə virtualaz.org bu işə aid yeni sensasion təfərrüatları diqqətinizə çatdıracaq.

Qlobal.Az