"Günaybank"ın zərəri kəskin artıb
Oktyabr 29
13:38
2016
"Günaybank"ASC-nin aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 3% artaraq 97 567,93 min manata yüksəlib.
Bankdan "Report"a verilən məlumata görə, kredit portfeli 1,1% azalaraq 88 514,87 min manat təşkil edib.
İnformasiyaya görə, kreditlərin 69 577,57 min manatı milli, 18 937,30 min manatı xarici valyutada verilib. İstehlak kreditləşməsində daha kəskin azalma müşahidə olunub. Belə ki, istehlak kreditlərini həcmi 3,4 dəfə azalaraq 77,6 min manata enib.
Bankda əhalini əmanətləri 67,2% artaraq cari il oktyabrın 1-nə 20 834,4 min manata çatıb. Əmanətlərin 1 234,45 min manatı milli, 19 599,95 min manatı xarici valyutada yerləşdirilib.
Bu il oktyabrın 1-nə bankın məcmu kapitalı 51 294,44 min manat, nizamnamə kapitalı 64 910,09 min manat təşkil edib. Qeyd edək ki, bankın məcmu kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə 18,8% azalıb.
Hesabat dövründə bankın zərərində kəskin artım qeydə alınıb. Cari ilin yanvar-sentyabr ayları ərzində bank 8 381,99 min manat zərər(vergidən əvvəl) edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 dəfə çoxdur.
Qeyd edək ki, bu ilin ilk doqquz ayı ərzində bankın gəlirləri 5 132,84 min manat, xərcləri 2 369,83 min manat təşkil edib.
Qlobal.az