Güney Azərbaycan Cümhuriyyət Partiyası quruldu - "Hədəfimiz Bütöv Azərbaycan torpaqlarının birləşməsidir"
İyul 12
10:25
2023
Güney Azərbaycan türklərinin azadlıq mübarizəsi uğrunda yeni Güney Azərbaycan Cümhuriyyət Partiyası (ACP) qurulub.
Bu barədə Musavat.com-a partiyanın qurucularından biri, hazırda Hollandiyada yaşayan milli-mədəni fəal Araz Ataxan məlumat verib. Araz Ataxanın sözlərinə görə partiya 2023-cü il iyulun 1-də Güney Azərbaycanın Babək Bəzz Qalasında öz varlığını bəyan edib.
"Artıq hər kəs əmin olsun ki, Güney Azərbaycan türk millətinin başlatdığı milli hərəkat siyasi cəhətdən içdə təşkilatlanmış şəkildədir. Bu istiqamətdə məramnamə və nizamnaməmiz geniş ictimaiyyətə təqdim olunacaq. Əziz xalqımız əmin ola bilər ki, bu dəyişən dünya düzənində onun haqları uğrunda hər cür fədakarlığa hazır olan və onu özgür bir cümhuriyyət dəyərlərinə götürəcək bir siyasi kursumuz mövcuddur”, - deyə fəal qeyd edib.
Araz Ataxan həmçinin partiyanın siyasi kursu haqqında ətraflı məlumat verib: "ACP siyasi meydana gələrkən onun qurucuları bütün xalqımızı milli hədəf ətrafında birləşərək, Azərbaycanın bütün sahələrdə yüksəlişini təmin etmək üçün aktiv siyasi fəaliyyətə cəlb etməyi qərara alıb.
Partiyanın əsas məramı Azərbaycanın Güneyində xalqımızın milli haqlara sahib olması ilə yanaşı, öz milli cümhuriyyət dövlətinin qurulması yolunda milli düşüncəyə söykənən sağlam qüvvələrin birliyi ilə bu qüvvələrin milli iradəsini bir məxrəc altında birləşdirmək və bu birləşmədən yaranan milli qüvvəni Bütöv Azərbaycan xalqına xidmət etməsi üçün milli dövlətin iqtidarına aparmağa çalışacaq.
Hər bir millətin taleyində elə taleyüklü məqamlar olur ki, həmin vaxt milli hədəf konkret ideya olur. ACP-yə görə yaxın gələcəyimiz üçün milli hədəfimiz Milli dövlət və Bütöv Azərbaycan torpaqlarının birləşməsidir.
Azərbaycan Cümhuriyyət Partiyasının (ACP-nin) da əsas vəzifəsi partiyamızın məramnaməsində qeyd etdiyimiz kimi, millətimizin hər bir kəsimini Güney Azərbaycanın problemləri ilə bağlı ictimai-siyasi və milli məsələlərlə bağlı sürəclərdə aktiv yer almasına dəstək vermək və bu amal ətrafında olan milli qüvvələrimizin Bütöv Azərbaycan ideyası ətrafında birləşməsinə dəstək verməsinə nail olmaqdır.
Bizim yaxın məramımız Güney Azərbaycanda Milli Dövlət və uzaq hədəfimiz Bütöv Azərbaycan Birliyidir. Bunun üçün uca məramımızı duyuru şəklində 1 iyul tarixində güneydə Azərbaycan türk millətinə çatdırdıq. Bu məqsədlə də biz ACP-nin ictimaiyyətə təqdimatını Güneydə Azərbaycan türk millətinin Bəzz qalasını ziyarət etdiyi gün təqdim etdik.
Doğrudur, Bəzz qalası ziyarətindən qorxuya düşmüş fars rejimi son illər azadlıq qalasının yollarını polis və əsgəri güclərlə bağlayıb, xalqımıza öz azadlıq fikirlərini də məhdudlaşdırmağa çalışıb. Amma biz siyasi cəhətdən ortaya çıxmaqla rejimin arzusunu gözündə qoyduğumuzu bir daha bəyan edirik".