Güney Azərbaycanda məhkum qadınlar aclığa başladı
Avqust 21
10:27
2020
Güney Azərbaycanın Urmiya şəhərinin həbsxanasında saxlanılan qadınlar rəhbərliyin məsuliyyətsiz davranışlarına etiraz olaraq aclıq aksiyasına başlayıb. GAMOH-dan Cebhe.info-ya daxil olan məlumata görə, məhkum qadınların etirazına səbəb zindanda koronavirus infeksiyasının geniş yayılmasına baxmayaraq məsulların məsələyə laqeyd yanaşmasıdır.
Ərk-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin verdiyi məlumata əsasən, avqustun 18-dən etibarən Urmiyanın Mərkəzi Həbsxanasının qadınlar bölməsində saxlanılan 140 məhkum zindan məsullarının COVID-19 infeksiyasına yoluxan məhbusların müalicəsinə etinasız yanaşmalarına etiraz əlaməti olaraq aclıq aksiyası keçirir.
Məlumata əsasən, koronavirusa yoluxan 4 qadın həbsxananın qadınlar bölməsində digər məhbuslarla bir yerdə saxlanılır. Məhbuslar həmin xəstələrin digər məhkumlardan ayrılaraq zindanın poliklinikasına yerləşdirilməsini tələb ediblər.
Qeyd edək ki, Avqustun 10-da Tehranın Evin həbsxanasının 8-ci korpusunda saxlanılan məhbuslar arasında koronavirus xəstəliyinin simptomları ortaya çıxdıqdan sonra bu korpusdakı 27 siyasi məhbus həbsxananın həyətində oturaq aksiya keçirərək zindanın şərtlərinə diqqət yetirilməsini tələb etmişdilər.
Aksiyadan bir gün öncə həmin korpusda saxlanılan 12 məhbusun koronavirusa yoluxduğu müəyyən edilmişdi.