SON XƏBƏR

"Gürcü Arzusu” prezidentin impiçmenti ilə bağlı Konstitusiya Məhkəməsinə imzaları təqdim edib

Sentyabr 12
12:35 2023
Gürcüstanın hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası Prezident Salome Zurabişvilinin impiçmenti üçün toplanmış imzaları Konstitusiya Məhkəməsinə təqdim edib.

APA xəbər verir kiŞ bu barədə "Imedi Media Holding” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, impiçment təklifi hakim partiyanın sədri İrakli Kobaxidze, eləcə də buna səlahiyyəti olan 4 deputat tərəfindən verilib.

Zurabişvilinin vəzifədən kənarlaşdırılmasına dəstək üçün toplanan imzaların Konstitusiya Məhkəməsində qeydə alınması prosesi gedir.

Xatırladaq ki, dünən Gürcüstan parlamentinin Prosessual Məsələlər Komitəsi impiçment prosedurunun başlanması üçün toplanmış 80 imzanın həqiqiliyini təsdiqləyib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook