"Gürcü Arzusu"ndan Zurabişviliyə qarşı yeni impiçment cəhdi
Oktyabr 07
13:40
2024
Gürcüstanın hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyası prezident Salome Zurabişvilinin xaricə razılaşdırılmamış səfərləri ilə əlaqədar ona qarşı impiçment prosedurunu yenidən başlatmaq niyyətindədir.
Qaynarinfo "Kommersant”a istinadən xəbər verir ki, bu barədə parlamentin spikeri Şalva Papuaşvili bildirib.
Deputatlar oktyabrın 26-da keçiriləcək parlament seçkiləri öncəsi Konstitusiya Məhkəməsinə müraciət edəcəklər.
Papuaşvili əlavə edib ki, Salome Zurabişvilinin Əsas Qanunu pozması rəsmən təsdiqləndikdən sonra yeni çağırış parlamenti ilk iclaslarda bu qərara dəstək üçün ən azı 100 səs toplayaraq ona impiçment elan edə biləcək.
Parlamentin spikeri xatırladıb ki, Zurabişvilinin prezidentlik müddəti bu il başa çatır, ona görə də onun impiçment yolu ilə vəzifəsindən kənarlaşdırılması daha çox simvolik məna daşıyır və "gürcü xalqının Əsas Qanununun qəsdən, kobud və sistemli şəkildə pozulması cəzasız qala bilməz”.
"Biz bunu belə buraxa bilmərik. Konstitusiyanı pozan Salome Zurabişvili keçmiş prezident deyil, devrilmiş prezident olaraq qalmalıdır ki, bu, presedent kimi gələcəkdə belə özbaşınalığın qarşısının alınmasında və Gürcüstan demokratiyasının möhkəmlənməsində mühüm önləyici rol oynasın”, - Şalva Papuaşvili bildirib.
Xatırladaq ki, bir il əvvəl Gürcüstan parlamenti artıq oxşar təşəbbüsü nəzərdən keçirib və səsvermənin nəticələrinə əsasən Zurabişviliyə impiçment elan edilə bilinməyib. Ölkə qanunvericiliyinə görə, deputatlar dövlət başçısının vəzifədən kənarlaşdırılması barədə qərar qəbul etmədikdə, məsələyə xitam verilmiş hesab olunur və bir il ərzində dövlət başçısına qarşı analoji ittiham irəli sürülə bilməz.