SON XƏBƏR

Gürcü klubu əsgər salamı verən Nicatın açıqlamasını yaydı: "Şəhidlərimizə həsr olunur"

İyul 18
18:25 2020
Gürcüstanın "Samtredia” klubunun rəsmi "Faceook" səhifəsi vasitəsilə azərbaycanlı futbolçu Nicat Qurbanovun açıqlamasını yayıb.

Həmyerlimiz "Merani” ilə Premyer Liqa matçında komandasının qələbə qolunu vurduqdan sonra Tovuzda şəhid olan Azərbaycan hərbçilərinin xatirəsinə ehtiram əlaməti olaraq əsgər salamı verməsindən danışıb: 

"Merani” ilə yaxşı oynadıq. Biz qələbə üçün hər şeyi etdik. Əgər növbəti oyunlarda da belə davam etsək, nəticə yaxşı olacaq. Vurduğum qoldan etdiyim jestə gəlincə, bu, müharibə zamanı həlak olan mənim bütün həmvətənlərimə həsr olunur. Hazırda onların ailəsi və yaxınları çətin durumdadı və bu addımımla onları dəstəkləmək istədim”.

Qeyd edək ki, dünən baş tutan "Merani” - "Samtrediya” oyununda qonaqlar 2:1 hesablı qələbə qazanıb. Nicat da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan azərbaycanlı futbolçu görüşü əvəzedilmədən keçirib. Hesab 1:1 olarkən hakim meydan sahiblərinin qapısına penalti təyin edib və topa yazınlaşan Qurbanovun zərbəsi qapıçı üçün qarşısıalınmaz olub, Bu qol görüşdə sonuncu olub, tərəflər qalan dəqiqələrdə fərqlənə bilməyiblər. Həmyerlimiz qoldan sonra əsgər salamı verib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook