Gürcü nazir: “Azərbaycandan kifayət qədər qaz ixrac olunarsa, bizim əlavə qaza ehtiyacımız qalmaz”
Yanvar 13
00:06
2017
"Qazprom" şirkəti ilə razılaşmaya əsasən Gürcüstan Rusiyadan əlavə həcmdə təbii qaz almağa məcbur deyil.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu qazın tranzitinə dair yeni şərtlər barədə açıqlama verən Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxaria bildirib.
"Gürcüstan üzərindən Ermənistana tədarük edilən Rusiya qazının tranzit haqqı əvvəlki tariflə ödəniləcək. Bundan əlavə, yeni müqavilənin şərtlərinə əsasən, Gürcüstan Rusiya qazını bazardakından, daha aşağı qiymətə, yəni min kubmetr qazı 215 dollara yox, 185 dollara ala biləcək. Bu, Gürcüstanın əsas təbii qaz təchizatçısı olan Azərbaycanın təklif etdiyi qiymətlə bərabərdir”, - deyə nazir qeyd edib.
Nazir qeyd edib ki, Gürcüstan Rusiya ilə müqavilə imzalayarkən üzərinə Rusiyadan qazın alınmasına dair heç bir öhdəlik götürməyib: "Strateji tərəfdaşımızdan bizə kifayət qədər qaz ixrac olunarsa, bizim əlavə qaza ehtiyacımız qalmaz, biz bu qazı almayacağıq və bu mövzu bağlıdır”, - deyə nazir bildirib.
Xatırladaq ki, Gürcüstan 2007-ci ildən Rusiya qazını almır. Ölkəyə əsas xammal təchizatçısı Azərbaycandır. Azərbaycan Gürcüstana lazım olan təbii qazın 90% həcmini təmin edir.