SON XƏBƏR

Gürcülər Ermənistandan çox Azərbaycana etibar edirlər - Sorğunun nəticələri

Noyabr 17
11:05 2023
Gürcüstan əhalisinin 77 faizi Rusiyanı öz dövləti üçün başlıca təhlükə hesab edir.

"AzPolitika.info” xəbər verir ki, Beynəlxalq Respublika İnstitutunun(IRI) Gürcüstanda keçirdiyi sorğunun nəticələrinə görə, gürcülərin 77 faizi Rusiyanı özlərinə siyasi, 69 faizi isə iqtisadi təhlükə sayır.

"Gürcüstanın əsas siyasi tərəfdaşı kimdir” sualına cavab verənlərin 51 faizi Avropa İttifaqının, 32 faizi ABŞ-nin, 19 faizi Azərbaycanın, 17 faizi Ukraynanın, 16 faizi isə Türkiyənin adını çəkib. Sorğuda iştirak edənlərin cəmi 9 faizi Rusiyanı və Ermənistanı siyasi tərəfdaş hesab etdiklərini bildiriblər.

İqtisadi tərəfdaşlığa gəlincə, Azərbaycan 24 faiz göstərici ilə Avropa İttifaqı, ABŞ və Türkiyədən sonra dördüncü əsas tərəfdaş hesab olunur. Ermənistanı isə gürcülərin cəmi 8 faizi tərəfdaş hesab edir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook