SON XƏBƏR

Gürcüstan Baş naziri Azərbaycana səfərə gəlir

Mart 14
15:07 2024
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu həftə ərzində Azərbaycana səfər edəcək.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, hökumət başçısı səfər çərçivəsində Bakıda bir sıra ali səviyyəli ikitərəfli görüşlər keçirəcək və Gürcüstan-Azərbaycan münasibətlərinə dair müzakirələr aparacaq.

Qeyd edək ki, ötən ay Gürcüstanın Baş naziri vəzifəsinə təyin edilmiş İrakli Kobaxidze ilk xaricə səfərini Brüsselə edib. Azərbaycana səfəri onun ikinci xarici səfəri olmaqla yanaşı, region ölkələrinə ilk səfəri olacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook