Gürcüstan buğda və arpa ixracına qadağa qoyub
İyul 04
10:07
2022
Bu gündən Gürcüstandan yerli istehsal olan buğda və arpanın ixracına qadağa qoyulub.
"Report”un yerli bürosu xəbər verir ki, hökumətin qərarı ilə qadağa 2023-cü ilin iyulun 1-dək qüvvədə olacaq.
Qərar Ukraynadakı müharibəyə görə ərzaq təhlükəsizliyi ilə bağlı yaranmış vəziyyətlə əlaqədar olaraq qəbul edilib.