SON XƏBƏR

Gürcüstan DTX ölkədə kütləvi iğtişaşlarla bağlı xəbərdarlıq edib

May 08
11:30 2024
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti ölkədəki etiraz aksiyalarıl zamanı kütləvi iğtişaşların baş verə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

APA quruma istinadən xəbər verir ki, məlumatda Tbilisidəki mitinqlərdə törədiləcək kütləvi iğtişaşlara aralarında ölkə vətəndaşları da olmaqla, Ukraynadakı döyüşlərdə iştirak etmiş şəxslərin cəlb olunacağı bildirilib.

Məlumatda o da deyilir ki, bu şəxslərə ödəniləcək kriptovalyuta müqabilində paytaxtın müxtəlif ərazilərində ictimai asayişin pozulması, polis əməkdaşlarına qarşı zorakılıqların tətbiqi, onların aksiya iştirakçıların tərəfinə cəlb edilməsi, habelə digər bu kimi təxribatlar törədilməsi və dövlət çevrilişinə cəhd olunması tapşırılıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook