Gürcüstan Çinlə ticarət əlaqələrini dayandırıb
Yanvar 29
18:09
2020
Gürcüstan Çindən təkrar ixrac və tranziti qadağan edib.
"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.
Çin Gürcüstanın üçüncü əsas idxal tərəfdaşıdır. Ötən il Gürcüstan Çindən 858,7 milyon dollar dəyərində məhsul idxal edib.