SON XƏBƏR

“Gürcüstan NATO-dan uzaqlaşdırılır” - ABŞ generalından sensasiyalı açıqlama

Noyabr 26
10:43 2019
NATO-nun Qara dəniz regionunun təhlükəsizlik məsələsində artan rolu Gürcüstan hakimiyyətinin alyansa inteqrasiya həvəsinin azalması ilə müşayiət olunur. 

"Exo Kavkaza” portalı xəbər verir ki, ABŞ-ın Avropadakı quru qoşunlarının keçmiş komandanı, general Ben Hoces çıxışında belə bir ziddiyyətli vəziyyətə toxunub. Ekspert Avropa Siyasətinin Təhlili Mərkəzində baş tutan, Qara dəniz hövzəsində təhlükəsizliyin artırılmasında hərbi-siyasi blokun iştirakına həsr edilmiş görüşdə iştirak edib. 

O, "Amerikanın səsi” radiosunun Gürcüstan xidmətinə açıqlamasında bildirib ki, Gürcüstan artıq NATO üzvü olmalı idi: "Ancaq sentyabr ayında Tbilisiyə sonuncu səfərimdən sonra hökumətdə əvvəlki həvəsi hiss etmirəm. Ordu həmişə olduğu kimi peşəkardır. Amma doğrusu, dövlət rəsmiləri Qərb inteqrasiyasına əvvəlki kimi həvəs göstərmir”. 

Eskpertlərin fikrincə, Moskvanın öz narrativini Gürcüstan əhalisinə sırımaq cəhdləri uğursuz olsa da, hakim çevrələrdə rusyönlü meylin artması cavab tələb edir. Bayden Mərkəzin siyasi analitiki Mark Voyger xəbərdarlıq edir: əgər kimsə Rusiyanın bərabərhüquqlu tərəfdaş olacağını düşünürsə, yanılır. 
Öz növbəsində, Ben Hoces hesab edir ki, müdafiənin möhkəmləndirilməsi və "Kremlə müqavimət metodlarının” işlənib hazırlanması istiqamətində işlərin davam etdirilməsi Gürcüstan üçün ən yaxşı həll yolu olacaq. General əmindir ki, Gürcüstanın ən yaxşı qarantlarından biri ABŞ-ın ölkədə hərbi iştirakının artırılması olacaq. 

General Hocesin bəyanatı Tbilisidəkilərin xətrinə dəyb. Parlament spikeri Arçil Talakvadzenin cavabında açıq-aşkar narazılıq hiss olunub: "NATO-ya həvəsimiz artmaqdadır və tərəfdaşlarımız qarşısında götürdüyümüz bütün öhdəliklər yerinə yetirilir. Gürcüstan strateji hazır vəziyyətdədir. Qoşulma qərarı siyasi və strateji tərəfdaşlar üçün məqbuldur. Birlikdə bu qərarın veriləcəyi anı yaradırıq. Ancaq istənilən halda, bu qərar NATO və strateji tərəfdaşlarımız üçün məqbuldur. NATO-nun rəsmi hesabatları var, həmin sənədlərdə Gürcüstanın inkişafı lazımi şəkildə qiymətləndirilib”. 

General Hoces əmindir ki, NATO-nun vədlərini, o cümlədən Qara dəniz hövzəsinin təhlükəsizliyi ilə bağlı verdiyi sözü yerinə yetirə bilməsi üçün Gürcüstan hökuməti Anakliya limanının tikinti işlərinə başlamalıdır. Onun sözlərinə görə, bu qovşaq inşa edilsə, Gürcüstan nəinki Avropa və Asiya arasında iqtisadi portal olacaq, eyni zamanda "Amerikanın hərbi gəmilərini” cəlb edəcək. Bu gün ABŞ Hərbi Dəniz Qüvvələri Montre Konvensiyasını rəhbər tutaraq Odessa və Konstansa limanlarına daxil olur. General Hocesin fikrincə, Anaklia inşa edilsə, Vaşinqton profilaktika və logistik dəstək, habelə "başqa məqsədlər üçün” yeni standartlarla təchiz edilmiş limana üstünlük verə bilər: "Moskvanın bu limanın tikintisinə bu cür sərt müqavimət göstərməsinin səbəbi də məhz budur. Çünki Amerika hərbi gəmilərinin iştirakı Rusiyanı çəkindirmək yolunda ən etibarlı təminat olacaq”. 

(ExoKavkaza)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook