SON XƏBƏR

“Gürcüstan NATO-ya üzvlüyə hazırdır” - Baş nazir

Dekabr 15
13:46 2021
"Gürcüstanın NATO-ya üzvlüyü üçün artıq bütün praktiki alətləri var”.

"Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşdən sonra keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Alyansa üzvlük Gürcüstanın xarici və təhlükəsizlik siyasəti üçün həlledici məsələdir.

İ.Qaribaşvili qeyd edib ki, Gürcüstanın NATO-ya daxil olması haqqında siyasi qərarın hazırlanması üçün müttəfiqlərlə fəal dialoq aparılır.

Y.Stoltenberq öz növbəsində deyib ki, Alyans Gürcüstana güclü siyasi və praktiki kömək göstərməyə davam edəcək: "Gürcüstan və Ukraynanın müttəfiq seçmək hüququ var. Rusiya bu iki ölkənin seçiminə təsir etmək hüququna malik deyil. NATO Gürcüstanın dəniz istiqamətində müdafiə qabiliyyəti və təhlükəsizliyini gücləndirməyə hazırdır”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook