SON XƏBƏR

Gürcüstan parlamenti Aİ-nin tövsiyələri çərçivəsində üç qanunvericilik paketi qəbul edib

May 30
07:52 2024
Gürcüstan parlamenti üçüncü oxunuşda Avropa İttifaqının (Aİ) tövsiyələri əsasında üç qanunvericilik paketini nəzərdən keçirib və dəstəkləyib.

"Report” Gürcüstan KİV-ə istinadən xəbər verir ki, parlament "Xüsusi İstintaq Xidməti haqqında”, "Korrupsiyaya qarşı mübarizə haqqında” qanunlara dəyişikliklər və "Ümumi məhkəmələr haqqında” üzvi qanunlara əlavələr edilməsi barədə qanun layihələrini qəbul edib.

Səsvermədən sonra parlamentin sədri Şalva Papuaşvili bildirib ki, parlament Aİ-nin tövsiyələrinin doqquz bəndi əsasında üç mühüm qanunvericilik paketi qəbul edib.

"Biz məhkəmələr, antikorrupsiya bürosu, xüsusi istintaq xidməti və fərdi məlumatların mühafizəsi xidməti ilə bağlı üç qanunvericilik paketi aldıq və bu dəfə parlament çoxluğu Avropaya inteqrasiya və doqquz bəndin həyata keçirilməsi üçün vacib olan dəyişiklikləri qəbul etdi, radikal müxalifət olmadan. Beləliklə, müxalifət bu Avropaya inteqrasiya prosesində iştirak etmədi”, - o deyib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook