SON XƏBƏR

Gürcüstan parlamenti fəaliyyətini bərpa etdi

Noyabr 19
00:20 2019
Tbilisidə Gürcüstan parlamenti ətrafında və Rustaveli prospektində keçirilən aksiyanın dağıdılmasından sonra parlament fəaliyyətini bərpa edib.

Qaynarinfo xəbər verir ki, hazırda parlamentdə büro iclası və çoxluğu təmsil edən fraksiyanın toplantısı keçirilir.

Qeyd edək ki, aksiyanın dağıldılması zamanı 18 nəfər saxlanılıb. Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, həmin şəxslər polisin qanuni tələblərinə əməl etmədikləri və qanun keşikçilərinə müqavimət göstərdikləri üçün saxlanılıblar. Hazırda parlamentin binasına yaxın olan küçələr və Rustaveli prospektində təmizlik işləri davam etdirilir. Artıq Rustaveli prospektində avtomobillərin hərəkəti qismən bərpa olunub. Yaxın vaxtlarda digər küçə və yollarda avtomobillərin hərəkətinin bərpa olunması nəzərdə tutulub.

Hazırda polis əməkdaşları Rustaveli prospektində və ətraf küçələrdə ictimai asayişin qorunmasını təmin edir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook