Gürcüstan Prezidenti aksiyaçılara dəstək verib
Aprel 16
06:49
2024
Gürcüstan Prezidenti aksiyaçılara dəstək verib.
"Tbilisidə vətəndaş cəmiyyətinin "Rusiya qanunlarına” qarşı kütləvi dinc nümayişi baş tutdu. Su şırnaqları və qaz tapançaları olan xüsusi təyinatlılar Avropanın gələcəyini müdafiə edən mülki şəxslərə qarşı hərəkətə keçməyə hazırdır. Həbslər aparılır. Gürcüstan sovetləşmə ilə heç cür barışmayacaq”, - Prezident qeyd edib.
Qeyd edək ki, Tbilisidə etiraz aksiyası keçirilir. İştirakçılar daha əvvəl parlament binasını mühasirəyə almağa çalışıblar.