SON XƏBƏR

Gürcüstan Prezidenti seçkilərlə bağlı Konstitusiya Məhkəməsinə müraciət edəcək

Noyabr 19
07:40 2024
Gürcüstan Prezidenti Salome Zurabişvili ölkənin Konstitusiya Məhkəməsinə müraciət edərək seçki ilə bağlı iddia qaldıracaq.

Bu barədə "Report” Gürcüstan mətbuatına istinadən xəbər verir.

"Sabah səhər mən Konstitusiya Məhkəməsinə iki konstitusiya prinsipinin pozulması ilə bağlı iddia qaldıracağam”, - deyə o bildirib.
Onun sözlərinə görə, söhbət səsvermənin gizliliyi və universallıqdan gedir.

Zurabişvili həmçinin bildirib ki, o, ölkənin Mərkəzi Seçki Komissiyasının "Gürcü arzusu” partiyasının qalib gəldiyi parlament seçkilərinin nəticələri ilə bağlı yekun məlumatlarını tanımır. O, həmçinin "böhrandan çıxmaq üçün” yeni parlament seçkilərinin təyin edilməsini təklif edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook