SON XƏBƏR

Gürcüstan Qərbin dayandırdığı layihələri büdcədən kompensasiya etmək istəyir

Sentyabr 09
08:31 2024
"Gürcüstan hakimiyyəti Qərbin dayandırdığı layihələri büdcədən asanlıqla kompensasiya edə bilər”.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

"Son 4 ildə büdcəmiz 10 milyard lari (3,71 milyard ABŞ dolları) artıb.
 
Büdcəmizlə müqayisədə onların layihələri dənizdə bir damladır.

Məsələn, Avropa Birliyi ildə kənd təsərrüfatına 5 milyon avroya yaxın sərmayə qoyur , Gürcüstan hökuməti isə 330 milyon lari (110 milyon avro)”, - İrakli Kobaxidze jurnalistlərə bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook