Gürcüstan sərhədlərini iyulun 1-də açmağa hazırlaşır
May 07
16:00
2020
Gürcüstan quru və hava sərhədlərini iyulun 1-də açmağı planlaşdırır.
"Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və turizm naziri Natia Turnava məlumat verib.
Onun sözlərinə görə, bu tarix xarici turistlərin qəbuluna başlanacağı tarixlə üst-üstə düşəcək.
Nazir qonşu ölkələrlə quru sərhədlərdə təhlükəsizlik dəhlizlərinin yaradılacağını da deyib: "Bu istiqamətdə işlər aparılır. Bu dəhlizlər vasitəsilə turistlər Gürcüstana və Gürcüstandan səfərə yollanacaqlar”.