Gürcüstan XİN Fransadan Ermənistana silah tədarükünə münasibət bildirib
Noyabr 15
11:24
2023
Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili Fransadan Ermənistana ölkəsi vasitəsilə hərbi texnikanın göndərilməsinə münasibət bildirib.
Nazir qeyd edib ki, Gürcüstan hər iki ölkəyə öz tranzit funksiyasından bərabər şərtlərlə istifadə etməsinə imkan verir.
"Gürcüstanın mövqeyi hər iki ölkəyə bərabər şərtlərlə tranzit funksiyamızdan istifadə etmək imkanı verməkdir”, - nazir vurğulayıb.
Qeyd edək ki, bazar günü Fransa zirehli hərbi texnikasının Gürcüstandan keçərək Ermənistana aparılması barədə xəbərlər yayılıb.
Noyabrın 11-dən 12-nə keçən gecə Gürcüstanın Poti limanında Ermənistan ordusuna tədarük edilməsi nəzərdə tutulan, "ACMAT Bastion” markalı çoxməqsədli zirehli maşınlar və müxtəlif hərbi avadanlıqlar yüklənərək göndərilib.
Ermənistan MN isə Fransa zirehli texnikasının ölkəyə tədarükü ilə bağlı xəbərləri şərh etməyib.