SON XƏBƏR

Gürcüstanda idxal məhsulları bahalaşıb

May 01
13:34 2020
Bu ilin mart ayında Gürcüstana idxal olunan məhsullar üzrə illik inflyasiya 4,9% təşkil edib.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Bankının aylıq hesabatında bildirilib.

Yerli məhsullar üzrə bu göstərici 6,2%-ə bərabər olub.

Hesabat ayında xidmətlərdən istifadə qiyməti 0,1% aşağı düşüb.

Sənəddə qeyd olunub ki, martda Gürcüstana idxal olunan məhsulların həcmi illik müqayisədə 13,4% azalıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook