SON XƏBƏR

Gürcüstanda prezidentin impiçmenti məsələsi mümkün olmayacaq

Oktyabr 13
08:06 2023
Hökumətin icazəsi olmadan Avropa İttifaqı ölkələrinə səfər etdiyinə görə konstitusiyanı pozmaqda ittiham olunan Gürcüstan prezidenti Salome Zurabişvilinin impiçmenti praktiki olaraq istisna edilir, çünki hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyası 150 səsdən 100 səs toplaya bilməyəcək.

"Report”un məlumatına görə, bunu Gürcüstanın İMEDI telekanalına müsahibəsində "Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze j deyib.

"Yəqin ki, gələn həftə bizdə səsvermə olacaq (Zurabişvilinin impiçmenti ilə bağlı – Qeyd). Bu prosedurların necə getdiyini görəcəyik. Bilirsiniz ki, Salome Zurabişvili radikal müxalifətə ümid edərək konstitusiyanı pozub, ona görə də gələn həftə impiçment səsverməsi keçiriləndə 100 səs toplamaq praktiki olaraq mümkün deyil”-deyə, o bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook