Gürcüstanda qalmaqallı səsyazısı ilə bağlı istintaq başlanıldı
Mart 09
13:25
2021
Gürcüstanda yayılan və qalmaqal yaradan gizli səsyazısı ilə bağlı istintaqa başlanılıb.
"Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğundan bildirilib.
Məlumata əsasən, cinayət işi şəxsi və ya telefon danışığının qanunsuz yazılması, istifadə olunması və yayılması faktı üzrə açılıb.
Baş Prokurorluqdan qeyd olunub ki, istintaq çərçivəsində səsyazısının əldə edilməsi və yayılmasının qanuniliyinin müəyyən edilməsi üzrə bütün istintaq və prosessual tədbirlər görüləcək.