SON XƏBƏR

Gürcüstandan Azərbaycana pul köçürmələrin həcmi artıb, əks istiqamətdə azalıb

Avqust 18
12:45 2016
Bu ilin 7 ayında Gürcüstandan Azərbaycana müxtəlif elektron pulköçürmə sistemləri ilə 790,1 min dollar pul köçürülüb.
 
"APA-Economics” Gürcüstan Milli Bankına istinadən xəbər verir ki, bu, 2015-ci ilin iyul ayı ilə müqayisədə 232,9 min dollar və ya 41,8% çoxdur. İyun ayı ilə müqayisədə iyul ayında Gürcüstandan ölkəmizə pul axını 12,9 min dollar və ya 1,61% azalıb.
 
Ümumiyyətlə, hazırda bu ölkədən Azərbaycana köçürülən pulun Gürcüstandan xaricə köçürülmüş pul vəsaitlərində xüsusi çəkisi 5,02%-ə bərabərdir.
 
Hesabat dövrü ərzində Azərbaycandan Gürcüstana 1 065,6 min dollar pul göndərilib ki, bu da 2015-ci ilin iyul ayına nisbətən 226,1 min dollar və ya 17,5% azdır. Bu ilin iyun ayı ilə iyul ayını müqayisə edəndə məlum olur ki, ötən ay Azərbaycandan Gürcüstana pulköçürmələrin həcmi 85,1 min dollar və ya 8,68% artıb.
 
Ümumiyyətlə, bu ilin 7 ayının nəticələrinə görə, Azərbaycandan bu ölkəyə köçürülən vəsait ümumi pul köçürməsinin 1,06%-ni təşkil edib.  
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook