SON XƏBƏR

Gürcüstanın Baş naziri koronavirusa yoluxdu

Fevral 01
00:30 2022
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili koronavirusun "omikron” ştamına yoluxub.

Qlobal.az xəbər verir ki, bu barədə hökumət başçısının Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, İ.Qaribaşvili özünü yaxşı hiss edir və işini distant qaydada davam etdirir.

Xatırladaq ki, İ.Qaribaşvili ötən ilin aprelində COVID-19-a yoluxub. O, virus əleyhinə tam peyvənd olunub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook