SON XƏBƏR

"Gürcüstanın daxili işlərinə qarışmırıq" - Peskov

Oktyabr 15
14:35 2024
Rusiya Gürcüstanın daxili işlərinə heç bir şəkildə qarışmır və bunu etmək niyyətində deyil.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Gürcüstan prezidentinin ölkəni "Rusiya hökuməti”nin idarə etməsi ilə bağlı bəyanatını şərh edərkən deyib.

"Gürcüstan bizim qonşumuzdur. Bilirsiz ki, münasibətlərimizdəki bütün fəsadlar cəmiyyət və xalqlar arasında humanitar əlaqələrin inkişafına mane olmur. İnsanlar Gürcüstandan Rusiyaya, Rusiyadan Gürcüstana getməyə davam edir. Seçkilərə gəlincə, bu, bizim işimiz deyil. Biz Qərb dövlətlərinin Gürcüstanın hazırkı hakimiyyətinə açıq şəkildə təzyiq göstərmək cəhdlərini görürük. Onlar seçki kampaniyasının gedişatına üstüörtülü deyil, birbaşa təsir göstərirlər. Bizə gəlincə, biz Gürcüstanın daxili işlərinə heç bir şəkildə qarışmırıq, bunu etmək niyyətində deyilik", deyə Kremlin sözçüsü vurğulayıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook