Gürcüstanın əsas müxalifət partiyasının sədri istefa verib
İyun 08
15:08
2024
Gürcüstanın ən böyük müxalifət təşkilatı olan "Vahid Milli Hərəkat” Partiyasının (UNM) sədri Levan Xabeişvili vəzifəsini tərk edib.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə L.Xabeişvili keçirdiyi brifinqdə bildirib.
UNM sədri postunda L.Xabeişvilini partiyanın parlament fraksiyasının rəhbəri Tina Bokuçavanın əvəz edəcəyi bildirilir.
O, istefa qərarını səhhətinə görə qəbul etdiyini açıqlayıb.