Gürcüstanın gələn il üçün dövlət büdcəsi bir milyard laridən çox azaldılıb
Oktyabr 07
06:38
2021
Gürcüstanın 2022-ci il üçün dövlət büdcəsi 1 055 470 800 lari azaldılıb. Dövlət büdcəsi 18 443 276 000 lari miqdarında müəyyən edilib.
AZƏRTAC xəbər verir ki, dövlət büdcəsinin azalması, əsasən iki amillə izah olunur.
Bildirilir ki, dövlət büdcəsinin azalmasının birinci səbəbi pandemiya ilə əlaqədar xərclərin təqribən 850 milyon lari azalmasıdır.
Digər səbəb isə, avrobondların geri alınması ilə əlaqədar 1 713 2 milyon lari həcmində pul vəsaitinin nəzərdə tutulmamasıdır.