SON XƏBƏR

Gürcüstanın iri şəhərlərində yeni dərs ili təxirə salındı

Sentyabr 11
16:04 2020
Gürcüstanın Tbilisi, Rustavi, Kutaisi, Zuqdidi, Qori və Poti şəhərlərində yeni dərs ilinin başlaması oktyabrın 1-dək təxirə salınıb.

Qlobal.az Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Giorgi Qaxaria xüsusi brifinqdə bildirib.

Hökumət başçısı ölkədə koronavirusa gündəlik yoluxma sayında artımın olmasına baxmayaraq, təşvişə əsasın olmadığını deyib.

Qeyd edək ki, qonşu ölkədə bütün məktəblərdə yeni tədris ilinin başlaması sentyabrın 15-nə təyin edilmişdi. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook