SON XƏBƏR

Gürcüstanın keçmiş Baş qərargah rəisi Almaniyada saxlanıldı

Dekabr 20
09:10 2021
Gürcüstan silahlı qüvvələrinin keçmiş Baş qərargah rəisi Georgi Kalandadze Gürcüstan hökumətinin sorğusu əsasında Almaniyada saxlanılıb.
 
APA-nın xəbərinə görə, bu barədə Gürcüstanın "Mtavari Arkhi” televiziyası generalın qohumlarına istinadla məlumat yayıb.

Telekanal bildirir ki, Kalandadze Gürcüstan vətəndaşı Elberd Koberidzeyə işgəncə vermək və qanunsuz azadlıqdan məhrum etmək ittihamı ilə saxlanılıb. Gürcüstan hökuməti bu barədə hələ ki rəsmi məlumat yaymayıb.

Georgi Kalandadze Mixeil Saakaşvilinin hakimiyyəti dövründə 2012-ci ilin 8 oktyabr-11 noyabr tarixlərində silahlı qüvvələrinin Baş qərargahına rəhbərlik edib. 2014-cü ildə hakimiyyət dəyişikliyindən sonra isə Ukraynaya gedib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook