Gürcüstanın parlament binasında qırmızı təhlükəsizlik səviyyəsi elan edilib
Noyabr 29
10:12
2024
Etirazlarla əlaqədar Gürcüstanın parlament binasında qırmızı təhlükəsizlik səviyyəsi elan edilib.
Saxlanılanlarla bağlı hələ ki, Gürcüstan DİN məlumat paylaşmayıb.
APA-nın Tbilisi müxbiri Gürcüstanın İctimai telekanalına istinadən xəbər verir ki, qaydalara əsasən binaya parlament aparatının rəhbəri tərəfindən müəyyən edilmiş şəxslərdən başqa heç kim buraxılmayacaq.
Qeyd edək ki, ötən gecə Rustaveli prospektində polislə vətəndaşlar arasında qarşıdurmada çoxlu sayda xəsarət alan olub.