SON XƏBƏR

Güzəştli şərtlərlə səyyar gübrə satışı daha 10 rayonda keçiriləcək – SİYAHI

Noyabr 19
00:24 2019
Sentyabr ayından etibarən "Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışına başlanılıb və növbəti səyyar satışı Qax, Şəki, Oğuz, Biləsuvar, Masallı, Astara, Cəlilabad, Ağcabədi, Yevlax və Ağdaş rayonlarında təşkil ediləcək.

Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyindən bildiririblər.

Məlumata görə, səyyar satışlar noyabrın 19-da Qaxın Cəlayır, Biləsuvarın Xırmandalı və Ağcabədinin Avşar kənlərində, noyabrın 20-də Qaxın Şotavar, Masallının Təklə və Ağcabədinin Yuxarı Qiyaməddinli kəndlərində, noyabrın 21-də Şəkinin Baş Zəyzid, Astaranın Şuvu və Yevlaxın Xaldan kəndlərində, noyabrın 22-də Şəkinin Baş Küngüt, Cəlilabadın Şiləvəgən və Ağdaşın Ağzıbir kəndlərində, noyabrın 23-də isə Oğuzun Bayan, Cəlilabadın Kövüzbulaq və Ağdaşın Ərəbkükəl kəndlərində baş tutacaq.

Həmçinin, ətraf kəndlərin sakinləri tələb olunan sənədləri – torpaq aktı və ya çıxarış, icra nümayəndəsindən ərizə-məlumat formasını və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə 70 faiz güzəştdən yararlanaraq mineral gübrə ala bilərlər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook