Gövhər Beydullayeva qrossmeyster olub
Aprel 07
12:30
2022
Sloveniyada keçirilmiş şahmat üzrə şəxsi Avropa çempionatında iştirak edən Azərbaycanın 3 təmsilçisi fərdi normativləri yerinə yetirib.
Federasiyanın Mətbuat Xidmətinin yaydığı məlumata görə, son turda qələbə qazanan Read Səmədov ilk, Abdulla Qədimbəyli qrossmeyster üzrə ikinci normativini toplayıb.
Gövhər Beydullayeva isə xanımlar arasında ən yaxşı nəticəni göstərib və qadınların qrossmeyster üzrə son normasını yerinə yetirib.